Xankəndində `Beko` reklamı - FOTO

Xankəndində `Beko` reklamı - FOTO
  22 May 2014    Oxunub:1738
Türkiyənin BEKO markası Azərbaycanın işğal altında olan ərazisində - qondarma Dağlıq Qarabağ Respublikasının “paytaxt”ında ucalır. Foto `Armen G` adlı Xankəndində yaşayan bir erməni internet istifadəçisi tərəfindən paylaşılıb.

Bu, Azərbaycanda böyük bir bazarı olan BEKO-nun dövlətimizə qarşı təxribatı olmaqla yanaşı, Ermənistanla heç bir ticarət əlaqəsi olmadığını vurğulayan Türkiyəni də ifşa edir.

Xatırladaq ki, BEKO Türkiyənin məşhur şirkəti- KOÇ Holdinqə aid bir əmtəə markasıdır. Bəyaz əşya sektorunda istehsal və satışla məşğul olan BEKO-nun Yönətim Qurulunun başqanı hazırda Mustafa Qoçdur (teleqraf.com).


Teqlər:



Xəbər lenti