BMT məruzəçisi təndir çörəyinə qonaq oldu - FOTO

BMT məruzəçisi təndir çörəyinə qonaq oldu - FOTO
  22 May 2014    Oxunub:1196
BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycana səfəri çərçivəsində mayın 21-də İçərişəhərlə tanış olub.

Јonaqların İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlanжи. Onlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qala XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.

“Sıratağlı” dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqların böyük marağına səbəb olub.
Qonaqlara elektromobillərdə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.
Kiçik Qala küçəsində gəzinti zamanı qonaqlar təndir çörəyinə qonaq ediliblər.

Sonra BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Kiçik Qala küçəsində yerləşən rəssam Əli Şəmsinin emalatxanasında olub.

Qonaqlar Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə də tanış olublar. Bildirilib ki, XV əsrin əvvəlində inşa edilmiş bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Dəniz tərəfdən və şəhərin ətrafındakı yüksəkliklərdən yaxşı görünən Şirvanşahlar Saray Kompleksi bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.

Qonaqlar Şirvanşahlar Saray Kompleksində İçərişəhərin müasir görüntüsünü əks etdirən maketlə tanış olublar.
Sonra qonaqlar etnoqrafik eksponatların olduğu fotostudiyada olmuş, orada milli geyimlərimizi geyinərək şəkil çəkdiriblər.
Sonda qonaqlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Qədim İçərişəhərlə tanışlıq qonaqlara xoş təsir bağışlayıb.


Teqlər:



Xəbər lenti