Polis əməkdaşları ağır qəzaya düşdü: yaralananlar var

Polis əməkdaşları ağır qəzaya düşdü: yaralananlar var
  22 May 2014    Oxunub:903
Bu gün Kürdəmir rayon ərazisində polis əməkdaşlarının olduğu xidməti avtomobil ağır qəzaya uğrayıb.
Kürdəmir şəhəri yaxınlığında, Bakı –Qazax magistralını rayon mərkəzi ilə birləşdirən yolda yerli polis şöbəsinə mənsub “Fiat Dablo” markalı avtomobil qəzaya düşüb.

Sürücünün idarəetməsindən çıxan avtomobil yolun kənarında aşaraq, yanmağa başlayıb.

Qəza nəticəsində Rayon Polis Şöbəsinin İlqar və Ceyhun adlı iki əməkdaşı ağır xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Post Patrul Xidmətinə məxsus avtomobil isə yanaraq, yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.(lent.az)


Teqlər:





Xəbər lenti