AŞPA sədrinin Bakı səfəri başladı

AŞPA sədrinin Bakı səfəri başladı
  22 May 2014    Oxunub:977
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) Azərbaycanda səfərdədir.

Avropa Şurasının Bakıdakı ofisindən verilən məlumata görə, xanım Brassörün səfərinin məqsədi AŞPA Daimi Komitəsinin mayın 23-də Bakıda keçiriləcək iclasında iştirak etməkdir.

Səfər zamanı A. Brassör Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcək.

Mayın 23-də AŞPA sədrinin səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.(apa)


Teqlər:



Xəbər lenti