Daha 2 deputat Somaya pul ayırdı - TAM SİYAHI

Daha 2 deputat Somaya pul ayırdı - TAM SİYAHI
  22 May 2014    Oxunub:1441
Somada baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı aksiyaya daha iki millət vəkili qoşulub.
AzVision.az-ın əldə etdiyi məlumata görə, millət vəkili Xanhüseyn Kazımlı 500 AZN (637 dollar), Tibb Universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov isə yardım fonduna 780 AZN (1000 ABŞ dolları) vəsait ayırıb.

Somaya pul ayıran digər deputatların siyahısını təqdim edirik:

Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1200 AZN, Adil Əliyev 780 AZN (1000 dollar), YAP-ın Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov 78 AZN (100 dollar) və Milli Məclisin digər üzvü Malik Həsənov, 1000 AZN (1275 dollar) Fazil Mustafa 156 AZN (200 dollar), Ağacan Əbiyev isə 500 AZN (637 dollar), Nəriman Əliyev 1000 AZN (1275 dollar), Musa Qasımlı 150 AZN, Cavanşir Feyziyev 1000 AZN, Çingiz Qənizadə 100 AZN

Qeyd edək ki, hazırkı məlumata görə, 16521 AZN (21058 ABŞ dolları) pul yığılıb.

Cəmiyyətdən bildiriblər ki, bu vəsaitin 13000 ABŞ dollarını/10197 AZN-i Türk Kızılayının Zıraat Bankındakı müvafiq hesabına köçürülüb.

Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti