İsa Qəmbər qurultayı yenə yubadır

İsa Qəmbər qurultayı yenə yubadır
  22 May 2014    Oxunub:1089
Bakı şəhər İcra Hakimiyyəti Müsavata yer ayırsa da partiya qurultay keçirməyə tələsmir. Qurultay üçün 800-1000 nəfərlik yer axtarışında olduqlarını deyən müsavatçılar Meriyanın qərarını yubadaraq gələn həftəyə saxlayıblar.
Bu barədə AzVision.az-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, qurultayla bağlı məsələ gələn həftə müzakirə olunacaq və qərar veriləcək.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavatın qurultay müraciətinə cavab verib. Meriya Müsavata icaza verərək qurultay keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.

Nihadə Eyyubova


Teqlər:



Xəbər lenti