ANS Nuşirəvan Məhərrəmliyə qalib gəldi

Məhkəmənin qərarı ilə MTRŞ-ın “Adam içində” verilişindəki məşhur “cinçıxarma” kadrları ilə bağlı qərarı ləğv edilib.
Qeyd edək ki, MTŞ yanvarın 14-də ANS-lə bağlı iclas keçirmişdi. Həmin iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-in həmin gün yaydığı açıqlamada deyilirdi ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, ”Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.
Xatırladaq ki, ANS telekanalı isə bu qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdi.
Sevinc İltifatqızı
AzVision.az