Nazirdən “Son zəng” XƏBƏRDARLIĞI

Nazirdən “Son zəng” XƏBƏRDARLIĞI
  22 May 2014    Oxunub:3679
Təhsil Nazirliyi mayın 31-də keçiriləcək “Son zəng” tədbiri ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu il ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq.

Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün.

“Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.


Teqlər:  





Xəbər lenti