Morninqstar XİN-ə çağırıldı, xəbərdarlıq edildi

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfirə “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb, Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.
Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.
Teqlər: