Üzeyir Cəfərov: `Dəhşətli faktlar var`

Eyni zamanda, mən hal-hazırda həbsdə olan jurnalist dostumuz Rauf Mirqədirov və digər bir xeyli yoldaşlarla əlaqədar öz fikrimi yazılı şəkildə istintaqın diqqətinə çatdırdım. Sağ olsunlar, dediklərimi olduğu kimi də qeydə alıb, həm müstəntiq Qasım Məmmədov öz imzası ilə, həm də mən imzamla təsdiqlədim. Bir Allah şahiddir ki, mən jurnalist dostumuz Rauf Mirqədirovla bağlı onun çox istedadlı qələm sahibi olmasını, Azərbaycan ictimaiyyəti qarşısında xidmətlərini də nəzərə alınmasını xahiş etdim. 2001-ci ildə Ermənistana ATƏT xətti ilə etdiyim səfərlə bağlı da çoxlu çoxlu sorgu-suallar oldu.
Şəxsən məni ən çox narahat edən məqamlardan biri, Azərbaycanın Müdafiə Nazirliyi sistemində kim(lər)insə dövlət və hərbi sirlərin düşmən ölkəyə ötürülməsində maraqlı olması və iştrakı faktı oldu ki, inşallah yəqin ki, yaxın vaxtlarda bu haqda Baş Prokurorluq verəcəyi məlumatda öz fikrini açıqlayacaq.