Bu gün hava necə olacaq?

Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Gündüz cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-19, gündüz 23-28 dərəcə isti olacaq.
Mayın 22-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.