Nazirliyin səlahiyyəti azaldıldı

Nazirliyin səlahiyyəti azaldıldı
  23 May 2014    Oxunub:1010
Nazirlər Kabineti “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı”nda dəyişiklik edib.

AzVision.az xəbər verir ki, Baş nazirin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səlahiyyətlərindən birini itirib.

Dəyişikliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi icazələrin reyestrini aparmaq səlahiyyəti ləğv edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti