10159 bakalavr magistr olmaq istəyir

10159 bakalavr magistr olmaq istəyir
  23 May 2014    Oxunub:821
Magistratura imtahanlarının ikinci mərhələsində iştirak edən bakalavrlardan 10 159-u qəbul proqramını seçərək təsdiqləyib.
AzVision.az xəbər verir ki, onlardan 8900-ü Azərbaycan, 1259-u isə rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4269-u oğlan, 5890-ı isə qızdır. 6101 nəfər ali təhsil müəssisələrinin bu ilki, 4058 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Bakalavrlar Bakı, Naxçıvan, Gəncə şəhərlərində imtahan verəcəklər.

İmtahan mayın 25-də saat 13:00-da başalanacaq və 1 saat 30 dəqiqə davam edəcək. Bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etməyəcək.

İkinci mərhələnin nəticələri elan olunduqdan sonra mayın 29-dan iyunun 1-dək bakalvrlar internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirə biləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti