Krımda azərbaycanlıların qalıqları aşkarlanıb

Qalıqlardan biri 1924-cü il təvəllüdlü Xudam Əlişirin oğlu Miriyevdir. O, Cəlilabad rayonu Mikayıllı kəndində anadan olub. O, 26 yanvar 1944-cü ildə həlak olub.
Digər əsgərin qalıqları isə Əliağa Ramazanoğlu Süleymanova aiddir. O, Xızı rayonunun Giləzi9 kəndində anadan olub. “Döyüş xidmətlərinə görə” medalı ilə mükafatlandırılıb (Medal onun üzərində aşkarlanıb). 26 yanvar 1944-cü ildə həlak olub.
Qeyd edək ki, hər iki həmyerlimizin qalıqları axtarış qrupları tərəfindən aşkarlanıb və emal olunub. Axtarış qrupu həmyerlilərimizin qalıqlarını onların qohumlarına və ya Azərbaycan dövlətinin nümayəndələrinə təhvil verməyə hazırdır.
Bununla əlaqədar olaraq layihənin kordinatoru Nevajin Serqey Aleksandoroviç (savash.freeforums.org) 1944-cü il döyüşləri zamanı həlak olan azərbaycanlıların qohumlarının tapılması məqsədilə Cəlilabad və Xızı rayonları sakinlərinin icra hakimiyyətlərinin kömək etmək məqsədilə müraciət edib.
Azərbaycanlılar haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar:
BURA DAXİL OLUN
Eldar Tanrıverdiyev
AzVision.az