TQDK sədri valideynləri qınadı

TQDK sədri valideynləri qınadı
  23 May 2014    Oxunub:934
Tələb Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə sənədləri olmayan şagirldərin sayını açıqlayıb.
AzVision.az xəbər verir ki, komissiya sədri bu gün keçirilən mətbuat konfrasnında bildirib ki, 11-ci sinif şagirdlərdən 535 nəfərin şəxsiyyət vəsiqəsi yoxdur. Onlar haqqında şagird – məzun bazasında məlumat yerləşdirilməyib:

“9-cu sinif şagirdlərindən isə 204- dən çox nəfər haqda məlumat şagird-məzun bazasına daxil olmayıb. Bu uşaqların sənədləri olmadığına görə, onlar buraxılış imtahanına buraxılmayacaq. Sənədləri olmayan şagirdlər ən çoxu Bərdə və Bakının Sabunçu rayonundadır”.

M.Abbaszadə qeydiyyatdan keçməyən şagirdlərin sayını da diqqətə çatdırıb.

“Sabunçu rayonu üzrə 272 nəfərin məlumatı daxil olmayıb ki, onların 164-ü oğlan, 108-i isə qızdır. Suraxanı rayonu üzrə 152 nəfərin sənədi daxil olmayıb ki, 115-i oğlan, 37-i qızdır. Bərədə rayonunda 158 nəfərin 52-i oğlan, 108-i qızdır. Şəmkir 124 nəfərin 84-ü oğlan, 40-ı qızdır.

İki il bundan əvvəl 9-cu sinif üzrə 130 min nəfər orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdi, onlardan 116 min nəfəri imtahana gəlmişdi. 14 mini haqqında isə məlumat yoxdur. Həmin il 9-cu sinifdə oxuyanların 85 mini indi 11-ci sinifdə oxuyur. Burada da 30 min şagird haqqında məlumat yoxdur. Bunun nə demək olduğunu anlamıram. İki il ərzində 9-10-cu siniflərdən 30 min uşaq məktəbdən çıxıb. Bunların 1700-ü hazırda onuncu sinifdə oxuyur. 1900-ü orta ixtisas məktəbində oxuyur”.

TQDK sədri şagirdlərinin sənədlərinin bazada olmamasında valideynləri təqsirkar bilib: “Sənədləri əldə etmək çox asandır. Valideynlər ASAN xidmətə müraciət etməklə iki gün ərzində sənəd əldə edə bilərlər. Yalnız ölkəmizdə yaşayan xarici vətəndaşlar üçün müəyyən problem yarana bilər ki, onlar da müvafiq ərizəni almaqla bunu həll edə bilərlər”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti