"Arsenal"-ın növbəti transfer hədəfi

 "Arsenal"-ın növbəti transfer hədəfi
  23 May 2014    Oxunub:982
İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venger növbəti transfer hədəfini açıqlayıb.
AzVision.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransız mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi Ceyms Milneri komandasında görmək istəyir.

Venger Milneri "Mançester Siti"yə keçəcəyi gözlənilən Bakari Sanyaya əvəzləyici kimi görür. London klubu bu transfer üçün 10 milyon funt sterlinqindən keçməyə hazırdır. "Mançester Siti"nin əsas heyətindən kənarda qalan 28 yaşlı futbolçunun da komandadan ayrılmaq istədiyi bildirilir.

Qeyd edək ki, ingilis futbolçu 2010-cu ildə "Aston Villa"dan "Mançester Siti"yə transfer olunub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti