Müdafiə Nazirliyi məhkəmə qarşısında

Müdafiə Nazirliyi məhkəmə qarşısında
  23 May 2014    Oxunub:1227
Müdafiə Nazirliyi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məhkəmə çəkişməsi davam edir.

AzVision.az xəbər verir ki, ötən gün 1 saylı Bakı İqtisad Məhkəməsində iki dövlət qurumunun məhkəmə iclası baş tutub. Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçən məhkəmənin hazırlıq iclası olub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin ƏMDK-nı məhkəmə verməsinə səbəb əvvələr nazirliyin balansında olan və sonradan Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş torpaq sahələrinin və həmin sahələrin üzərində yerləşən tikililərin yaranmış zərurətlə əlaqədar Müdafiə Nazirliyinə qaytarılması ilə bağlıdır.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:





Xəbər lenti