Ramiz Mehdiyevdən ABŞ səfirinə sərt CAVAB

Ramiz Mehdiyevdən ABŞ səfirinə sərt CAVAB
  23 May 2014    Oxunub:1243
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ABŞ səfiri Riçard Morninqstarın müsahibəsində Azərbaycanda korrupsiyanın vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, AzərTAc-a müsahibəsində PA rəhbəri səfirin korrupsiya ilə mübarizənin görüntü yaratmaq üçün və əsasən məişət xarakteri daşıdığını deməsini şərh edib.

"Problemin belə qoyuluşu ilə razı deyiləm. Azərbaycanda korrupsiya ilə mübarizə sistemli xarakter daşıyır. Mübarizə səhiyyə, təhsil sistemində də aparılır. ASAN kimi bir institutun təsisi buna sübutdur.

Bu son 10 ildə dövlət orqanlarının korrupsiya ilə mübarizədə ən köklü və nəzərəçarpan islahatdır. ASAN Qərbin özü üçün belə nümunədir. Mərkəz fəaliyyətə başladığı andan oranın xidmətindən 1 milyon 711 min nəfər istifadə edib. Azərbaycan ilk ölkədir ki, ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə yaradılan Açıq Hökumət Tərəfdaşlığına qoşulub. İqtisadi əməkdaşlıq və inşikaf təşkilatı “Transparency International” kimi qurumlar Azərbaycanda korrupsiya ilə mübarizəni yüksək qiymətləndiriblər. Təşkilatın son araşdırmasına görə, əhalinin 68 faizi korrupsiya ilə mübarizənin effektiv olduğunu düşünür. O ki, qaldı qabaqlayıcı tədbirlərə təkcə, 2013-cü ildə 201 korrupsiya işi, 2014-cü ilin ilk 5 ayında isə 66 iş məhkəməyə göndərilib.

Gördüyünüz kimi səfirin bu sahədəki fikirləri qərəzlidir. Fikrimcə, gətirdiyim rəqəmlər suala ən yaxşı cavabdır". (anspress)


Teqlər:  





Xəbər lenti