Metroda tualetlər açılacaq, amma...

Metroda tualetlər açılacaq, amma...
  23 May 2014    Oxunub:909
Metro stansiyalarında yerləşən tualetlər təmirdən sonra istifadəyə verilə bilər.
Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Stansiyalardakı tualetlərin bağlanmasından danışan qurum rəsmisi bildirib ki, tualetlər ticarətçilər üçün nəzərdə tutulmuşdu:

“Tualetlər əsasən ticarətçilər üçün nəzərdə tutulmuşdu və köşklər yığışdırıldıqdan sonra ora da bağlandı. Ancaq göstəriş var ki, yaşlı insanlar və uşaqlı ailələr gələndə icazə versinlər”.

N.Paşayev yenidən tualetlərin açılması ilə bağlı bildirib ki, hələlik təmir gedir və bundan sonra bu məsələyə baxılacaq.

Qeyd edək ki, artıq bir müddətdir, Bakı Metropoliteninin “Sahil”, “Koroğlu” və “Gənclik” stansiyalarındakı tualetlər sərnişinlər üçün qapadılıb. Metropoliten əməkdaşlarının dediyinə görə, bu barədə Metropolitenin sədri Zaur Hüseynov tapşırıq verib. Bütün stansiyalardakı tualetlərdən ancaq Metropolitenin işçiləri istifadə edə bilərlər.

Sevinc İltifatqızı
AzVision.az.



Teqlər:  





Xəbər lenti