Həkimin rüşvət videosu araşdırılır - Nazirlik

Həkimin rüşvət videosu araşdırılır - Nazirlik
  23 May 2014    Oxunub:1077
Səhiyyə Nazirliyi Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmdovun xəstə yaxınlarından rüşvət almasını əks etdirən videonu araşdırır.
Bu barədə AzVision.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, sözügedən məsələ diqqətdə saxlanılır.

“Nazirlik bu məsələdən xəbərdardır. Video ilə tanış olmuşuq. Hazırda məsələ ilə bağlı komissiya yaradılıb. Araşdırmalardan sonra faktla bağlı müvafiq tədbirlər həyata keçiriləcək”,-deyə A.Qədirli bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət alması ilə bağlı video yayılıb.



Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti