Rüşvət videosu yayılan həkim işdən çıxarıldı

Rüşvət videosu yayılan həkim işdən çıxarıldı
  24 May 2014    Oxunub:1262
Ötən gün Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Sabirabad Perinatal Mərkəzində son aylarda baş vermiş ana ölümləri faktları geniş müzakirə olunub. Müzakirələr və aparılan araşdırmalar zamanı Sabirabad Perinatal Mərkəzinin aidiyyatı şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri aşkarlanıb və buna dair komissiya üzvləri tərəfindən yetgil qərar qəbul edilib.

Qərar əsasında Doğuşayardım Komissiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə qısa müddət ərzində Sabirabad Perinatal Mərkəzin direktoru V. Məmmədovun tutduğu vəzifəsindən azad edilməsinə dair müvafiq qərarın qəbul edilməsi və bu barədə Səhiyyə Nazirliyinə qısa vaxt ərzində məlumat verilməsi tövsiyə olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sabirabad Perinatal Mərkəzin direktoru Vusal Məmmədovun xəstə yaxınlarından rüşvət alması ilə bağlı video yayılmışdı.





AzVision.az
Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti