Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  24 May 2014    Oxunub:982
Bu gün hava isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. Bakı və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti