Rus səfir Ermənistanda yol nişanının açılışına qatıldı

   Rus səfir Ermənistanda yol nişanının açılışına qatıldı
  10 Aprel 2023    Oxunub:986
Ermənistanda Oşakan döyüşündə həlak olmuş rus əsgərlərinin abidəsinə aparan yolda göstərici nişanın açılışı olub. Nişan M5 İrəvan-Armavir yolunun 20-ci kilometrliyində quraşdırılıb.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin də qatıldığı mərasim İrəvandakı “Moskva Evi” Moskva Mədəniyyət və Biznes Mərkəzinin təşəbbüsü, Eçmiədzin meriyasının dəstəyi ilə keçirilib. Bundan əlavə, rus əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub və ağacəkmə mərasimi keçirilib.

İrəvandakı “Moskva Evi” Moskva mədəniyyət və biznes mərkəzinin baş direktoru Vahram Karapetyanın deyib ki, ölkə sakinləri və qonaqlar erməni xalqının Rusiya ilə Ermənistan arasındakı tarixi və dostluğu necə yüksək qiymətləndirdiyinə bir daha əmin olacaqlar.

Sergey Kopırkin isə qeyd edib ki, bu tədbir xüsusilə vacibdir. Çünki Ermənistan son vaxtlar rusların ən çox üstünlük verdiyi turizm istiqamətləri arasında ilk üçlükdədir.

Çıxış edən Eçmiədzinin meri Diana Qasparyan abidənin iki xalqın dostluğunun simvolu olduğunu vurğulayıb.





Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti