Uorlik məsuliyyəti boynundan atdı

Uorlik məsuliyyəti boynundan atdı
  24 May 2014    Oxunub:957
Sülh prosesində uğur və ya uğursuzluq ATƏT-in Minsk qrupunun hansısa həmsədrindən deyil, tərəflərin siyasi iradəsindən asılıdır.
Mən yeni ideyalar vermək və tərəflərə sülh sazişini imzalamaq üçün gerçək danışıqlara yol tapmaqda kömək etmək naminə rusiyalı və fransalı həmkarlarımla birgə çalışmaq istəyirəm.

Bunu APA-nın Azərbaycan rəsmilərinin həmsədrin fəaliyyətindən və Qarabağ nizamlanması ilə bağlı “Tvitter”dəki bəyanatlarından narazılığı ilə bağlı sualını cavablandıran ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Münaqişə tərəflərinə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Sərsənq su anbarından birgə istifadəyə dair təklifinin doğru olub-olmadığına gəldikdə isə C.Uorlik qeyd edib ki, birgə qəbul olunmuş qərar münaqişədən öncəki dövrdəki kimi fasiləsiz elektrik enerji və suvarmaya olan tələbat problemini həll edə bilər.

“Təmas xəttinin hər iki tərəfində olan şəxslər münaqişədən əziyyət çəkən zonalarda yaşayanlara birbaşa və pozitiv təsir etmək üçün birgə çalışa bilərdilər. Biz gərginliyin azaldılması və tərəflər arasında etimad mühitinin bərpası üçün istənilən addımları dəstəkləməkdə davam edirik”, - deyə o vurğulayıb.


Teqlər:





Xəbər lenti