Mirqədirov atasının dəfnində iştirak edə bilər

Mirqədirov atasının dəfnində iştirak edə bilər
  24 May 2014    Oxunub:1027
"Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi, bir müddət öncə ermənilərlə iş birliyində təqsirləndirilərək həbs olunan Rauf Mirqədirovun vəkili Fuad Ağayev müstəntiqə müraciət edib.
AzVision.az-ın məlumatına görə, F.Ağayev bildirib ki, Rauf Mirqədirovun atasının dəfn mərasimində iştirakı etməsi üçün müstəntiq İbrahim Ləmbəranski ilə danışıb:

“Müstəntiqlə danışdım ki, Raufun atasının dəfnində iştirakını təmin etsin. Dedi ki, rəhbərliyə məruzə edəcək”.

Qeyd edək ki, Rauf Mirqədirovun 84 yaşlı atası bu gün dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti