Urmiya gölünün səviyyəsi son 60 ildə ən aşağı həddə enib
İsa Kəlantəri Urmiya gölü tədqiqat layihəsi və Şərif Texnologiya universitetinin Uzaqdan Zondlama mərkəzinin birgə araşdırmasının gəldiyi nəticələrə əsasən belə açıqlama verib.
“Son iki ildə Urmiya gölünün daxilindəki suyun hazırkı həcmi 2015-ci ilin eyni tarixindəki miqdarından azdır. Gölün quruması onlarla kilometr ətraf ərazilərdə olan sakinləri buradan uzaqlaşdıracaq və onun duzu İranın şimal-qərbindəki hər bir canlının gözünə gedəcək. Urmiya gölünün suyunun həcmi 700 milyon kubmetrə enib. İbrahim Rəisinin rəhbərliyindən bəri Urmiya gölünün hündürlüyü 97 sm azalıb, suyunun səviyyəsi isə 3100 kvadrat kilometrdən 920 kvadrat kilometrə düşüb. Bu il yayın sonuna qədər Urmiya gölündə su olmayacaq və göl yəqin ki, bataqlığa çevriləcək”, - Kəlantəri deyib.
Sabiq məmur, həmçinin, gölün tamamilə quruyacağı halda “ilk qurbanların Təbriz əhalisi və Urmiya gölünün şərq kənarı olacağı” barədə xəbərdarlıq edib.
AzVision.az