Ermənilər "oturan Arayik"i qınayırlar

Ermənilər    "oturan Arayik"i    qınayırlar
  24 İyul 2023    Oxunub:1088
Qarabağ separatçılarının "rəhbəri" Arayik Arutyunyanın oturaq aksiyaya başlaması. Erməni cəmiyyətində də birmənalı qarşılanmayıb.
AzVision.az xəbər verir ki, "Women for Democracy NGO"nun rəhbəri Suzanna Simonyan yerli mediaya verdiyi açıqlamada Arayikə söz atıb. O qeyd edib ki, separatçının bu cür tədbirlərlə Rusiyadan kömək istəməsi yersiz görünür: "Arayik, Moskvada isti su borusunun partlaması nəticəsində qurbanların sayının artdığından xəbəriniz varmı? İnsanlar beləcə heç nədən yanırlar. Bu gün Rusiya elə bir ölkəyə çevrilib ki, vətəndaşları yanmasın deyə, nə qaynar suyun qarşısını ala bilir, nə də "qaynayan qazan"ı söndürə bilmir. Sən isə bütöv bir "xalq"ı onun (rusun-red.) şər ruhları ilə doldurub yandırmaq istəyirsən”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Separatçı  





Xəbər lenti