“Vaqner” üzvləri kütləvi şəkildə Belarusdan Rusiyaya qayıdırlar |
Bundan əlavə, Priqojinin Belarusda məskunlaşmasına baxmayaraq, son həftələrdə onun hərəkətləri məhdudlaşdırılıb. "Vaqner" rəhbərinin təyyarəsi əvvəllər tez-tez uçuşlar edirdi. Lakin Priqojinin həmin uçuşlarda işitrak edib- etməməsi məlum deyil.
Xatırladaq ki, iyunun 23-dən 24-dək Priqojinin silahlı dəstələri uğursuz şəkildə hərbi üsyan etdilər. Hərbçilər Priqojinin tapşırığı ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu vəzifədən uzaqlaşdırmaq üçün Moskvaya doğru yola çıxmışdılar. Lakin silahlılardan ibarət kolonlar artıq Rusiya paytaxtının yaxınlığında olanda "Vaqner" rəhbəri gözlənilmədən fikrini dəyişdi.
Tural Tağıyev
AzVision.az