Moskvaya növbəti dəfə PUA-larla hücum olub

Moskvaya növbəti dəfə  PUA-larla hücum olub
  01 Avqust 2023    Oxunub:932
Çərşənbə axşamı gecə saat 3-də Ukraynaya məxsus Pilotsuz Uçuş Aparatları (PUA) Moskvaya hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, PUA-lardan ikisi hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

"Moskvada Ukrayna PUA-sı vurulub" - Rusiya Müdafiə Nazirliyi
"Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə Moskva şəhəri və Moskva vilayətindəki obyektlərə qarşı terror hücumu cəhdinin qarşısı alınıb. Moskva vilayətinin Odintsovo və Narofominsk rayonlarının ərazisində 2 PUA məhv edilib”, - Müdafiə Nazirliyinin yaydığı məlumatda yazılıb.

Qeyd edək ki, son zamanlar Rusiya paytaxtına PUA-larla olan hücumların sayı artıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Moskva  





Xəbər lenti