Türkiyə ilk zond raketini kosmosa buraxdı

 Türkiyə ilk zond raketini kosmosa buraxdı
  12 Avqust 2023    Oxunub:1139
Türkiyənin "Roketsan" şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış ilk zond raketi İğneadadan uğurla buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.

Qurum tərəfindən raketinin buraxılış sınağının görüntüləri paylaşılıb.

Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb.

“Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb”, - deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: Türkiyə   Kosmos  





Xəbər lenti