"Eynicinslilərin nikahına icazə verən sənədi imzalamayacağam"

   "Eynicinslilərin nikahına icazə verən sənədi imzalamayacağam"
  13 Avqust 2023    Oxunub:1684
Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, o, dövlət başçısı olduğu müddətdə eynicinsli nikahla və üç cinslə bağlı heç bir qanun imzalamayacaq. O, bu barədə TV Pink-də deyib.
"Mən kişi və qadından başqa digər cinsi tanıyan sənədə imza atmayacağam", -Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiya cəmiyyəti ənənəvidir.

“Mən prezident olduğum halda (eynicinslilərin nikahına dair qanunların qəbul edilməsi – red.) mümkün deyil”, - o əlavə edib.

Vuçiç bildirib ki, buna görə Aİ tərəfindən Serbiyaya təzyiq edilir”.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti