İranda terror aktında ölənlərin sayı 7-yə çatdı - Yenilənib
Bueli bildirib ki , məscidin təhlükəsizliyi bərpa edilib, hücum edənlərdən biri saxlanılıb .
Məlumata görə, hücum iki silahlı tərəfindən təşkil edilib. Onlardan biri artıq həbs edilib. İkincisi isə təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyə davam edir. Hazırda kompleks mühasirəyə alınıb.
Şah-Çərəx məqbərəsi Şiraz şəhərinin əsas görməli yerlərindən biridir. 14-cü əsrdə tikilmişdir. Məqbərə bundan əvvəl də terror aktına məruz qalıb. Bu, 2022-ci ilin oktyabrında baş verib. Həmin vaxt 13 nəfər həlak olub, 45 nəfər yaralanıb.
***
İranın Fars vilayətinin Şiraz şəhərində Şah- Çərəq məbədində terror aktı törədilib.
AzVision.az IRNA agentliyinə istinadla xəbər verir ki, iki silahlı Şah-Çərəq ziyarətgahına daxil olmaq istəsə də, ziyarətgahdakı təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşib.
Silahlılar məqbərənin girişində olanlara atəş açmağa başlayıblar. Nəticədə azı 4 nəfər həlak olub.
Terrorçulardan birinin cinayət yerində öldürüldüyü, digərinin isə hələ də azadlıqda olduğu bildirilir.
Qeyd edək ki, ötən il oktyabr 26-da eyni ibadət yerində terror aktı baş verib, 13 nəfər həlak olub.
Saxlanılan terrorçu
AzVision.az
Teqlər: