Sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidə təhqir edildi - FOTO

   Sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidə təhqir edildi -    FOTO
  13 Avqust 2023    Oxunub:1229
Moldovanın Edinet bölgəsində 3-cü Qvardiya Hava Desant Diviziyasının əsgərlərinin şərəfinə ucaldılmış abidə təhqir edilib. Bunu sosial şəbəkələrdəki səhifəsində Rusiya Həmvətənlərinin Koordinasiya Şurasının sədri Aleksey Petroviç bildirib.
“Onlar Edinet rayonunun Korpaç kəndi yaxınlığında sovet əsgərlərinin şərəfinə ucaldılmış abidəni təhqir ediblər”, - o yazıb.

Petroviçin sözlərinə görə, memorialın postamentində təhqiredici yazı yazılıb, eləcə də Rumıniya faşist təşkilatı olan "Dəmir qvardiya"nın simvolu çəkilib.

Petroviç vurğulayıb ki, son 10 il ərzində abidə beş dəfə vandalizm aktlarına məruz qalıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti