İŞİD İrandakı terror aktının məsuliyyətini öz üzərinə götürüb

İŞİD İrandakı terror aktının məsuliyyətini öz üzərinə götürüb
  14 Avqust 2023    Oxunub:979
İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah Çıraq məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.
Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb.

Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti