Rəisinin köməkçisi “iffət və hicab” qanun layihəsini tənqid edib

 Rəisinin köməkçisi “iffət və hicab” qanun layihəsini tənqid edib
  14 Avqust 2023    Oxunub:1347
İran hakimiyyətinin məcburi hicab siyasəti nəinki ölkə daxilində və xaricdə müxalif yönümlü qüvvələrin, hətta hakimiyyətin özündə ən yüksək səviyyədə ciddi tənqidlərə məruz qalır.
AzVision.az İbrahim Rəisinin “Sosial hüquq və azadlıqların iznlənməsi” məsələləri üzrə köməkçisi Səkinə Səadət Pad “Fərhixtəqan” qəzetinə müsahibəsində parlamentin məhkəmə və mədəniyyət komissiyalarının hazırladığı 70 maddəlik qanun layihəsini tənqid edib. Yüksək vəzifəli xanım məmur “İffət və hicab” qanunu layihəsinin dəyişdirilməsinin Konstitusiya və digər qanunlarla “ziddiyyət təşkil edən” məsələləri “kriminallaşdırdığını” vurğulayıb.

“Bir çox yerlərdə cinayət və cəzanın mütənasibliyinə riayət olunmayıb, bir çox yerlərdə şəxsi cəza prinsipi təhrif edilib. Təklif edirəm ki, bu qanun layihəsinə ictimai iclaslarda baxılsın və insanlar baş verənləri eşitsin. Əgər bu qanun layihəsi “eyni keyfiyyətdə” və eyni 70 maddə ilə təsdiq olunarsa, heç bir problemi həll etməyəcək. Qadın və prezidentin köməkçisi olmağıma baxmayaraq mənim iffət və hicab qanun layihəsində heç bir rolum olmayıb. Məhsa Əmininin ölümündən sonra həbs olunan jurnalistlər İlahə Məhəmmədi və Nilufər Hamidinin məhkəmə iclasında iştirak etmək xahişimə baxmayaraq, Tehran vilayətinin baş hakimi və işin hakimi Əbülqasim Salvati ilə danışsam da mənim iştirakına icazə verilməyib”, - Səadət Pad deyib.

İran prezidentinin qadın köməkçisinin məcburi hicabla bağlı qanun layihəsinin ictimai müzakirələrə çıxarılması barədə təkilfi və xanım jurnalistlərin məhkəməsi ilə bağlı prinsipial mövqeyi ölkədəki teokratik rejimin iflasa uğramasının göstəricisidir.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti