Ermənistanda bank və inkassator işçiləri 4 milyon dollar oğurladı

 Ermənistanda bank və inkassator işçiləri    4 milyon dollar oğurladı
  14 Avqust 2023    Oxunub:1155
Ermənistanda inkassator şirkətinin əməkdaşı və banklarından birinin plastik kartlarla bağlı xidmət şöbəsinin mütəxəssisi külli miqdarda pul oğurlayıb.
O, bankomatların yüklənib boşaldılmasə zamanı 1,6 milyard dram (4 milyon dollardan çox-red.) götürüb. xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, bank əməkdaşı G. G. və “Ermənistan İnkassator Xidməti” QSC-nin işçisi 160-a yaxın oğurluq edib.

Sözügedən iki şəxs və onların əlaltıları ilə bağlı iş ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti