Sudanda 4,3 milyondan çox insan evlərini tərk edib

   Sudanda 4,3 milyondan çox insan evlərini tərk edib
  15 Avqust 2023    Oxunub:884
Sudanda 4,3 milyondan çox insan aprelin 15-də ölkədə baş verən zorakılıqlardan sonra evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu məlumatları Cenevrədə keçirdiyi brifinqdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmi nümayəndəsi Uilyam Spindler verib. Qeyd olunub ki, 900 mindən çox yerli sakin qonşu ölkələrə üz tutub, 3,2 milyondan çox sudanlı məcburi köçkün vəziyyətinə düşüb.

“Münaqişədən təsirlənmiş əhaliyə kömək etmək və onları qorumaq üçün təcili olaraq daha çox donor dəstəyə ehtiyac var. Biz həmçinin humanitar işçilər üçün təhlükəsiz şəraitin yaradılmasına çağırırıq. Yardımlar çox ehtiyacı olanlara çatdırılmalıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti