Rusiya İsveçin zavodunu raketlə vurdu, üç işçi ölüb

Rusiya İsveçin zavodunu raketlə vurdu,    üç işçi ölüb
  15 Avqust 2023    Oxunub:1155
Rusiyanın İsveçin Ukraynanın Lutsk şəhərindəki rulman (podşipnik) zavoduna raket zərbəsi endirməsi nəticəsində üç işçi ölüb.
“Reuters” agentliyi xəbər verir ki, bu barədə İsveç şirkəti məlumat yayıb.

"Dünən gecə Ukraynanın Lutsk şəhərinə hücum olub və nəticədə zavodumuza ciddi ziyan dəyib. Üç həmkarımızın öldüyünü təsdiqləməkdən çox kədərlənirik", - deyə SKF-nin sözçüsü Karl Byörnstam bildirib.

AzVision.az



Teqlər: Zavod  





Xəbər lenti