“F-16” pilotu səhvən gəminin yaxınlığına 900 kq-lıq bomba atdı

   “F-16” pilotu səhvən gəminin yaxınlığına 900 kq-lıq bomba atdı
  16 Avqust 2023    Oxunub:887
Tayvan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə pilotun səhvən adanın sahil mühafizə gəmisi yaxınlığında 900 kiloqramlıq bomba atıb.
Bunu adanın Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Tsao Tsinpin bildirib. Onun sözlərinə görə, hadisə avqustun 9-da, 2000 funt (təxminən 908 kq - Qeyd) ağırlığında Mk-84 bombaları ilə şərti hədəflərin vurulması zamanı baş verib.

Belə ki, pilotun səhv hərəkətləri nəticəsində bomba nəzərdə tutulan hədəfdən çox uzaq düşüb. Qeyd olunub ki, pilot və onun təlimatçısı məsuliyyətə cəlb olunacaq və insidentin səbəbləri ilə bağlı hərtərəfli təhlil aparılacaq.

“Taybey şibao” qəzetinin məlumatına görə, Sahil Mühafizəsinin bir neçə əməkdaşı daha əvvəl güclü şok dalğası səbəbindən həkimə müraciət etməli olduqlarını bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti