Braziliya işıqsız qaldı

   Braziliya işıqsız qaldı
  16 Avqust 2023    Oxunub:946
Braziliyada 26 ştatdan 25-də və ölkənin paytaxtının daxil olduğu federal dairədə elektrik enerjisi kəsilib.
Bu barədə “G1” portalı məlumat yayıb. Ölkənin milli elektrik şəbəkəsi operatoru hadisənin yerli vaxtla təxminən səhər saat 8:30-da qeydə alındığını bildirib. Ölkənin cənubu, cənub-şərqi, şimal və şimal-qərbi ilə əlaqə kəsilib və hazırda nasazlığın səbəbləri araşdırılır.

Elektrik enerjisinin kəsilməsi təkcə vahid sistemə qoşulmayan Rorayma ştatına təsir etməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti