Trampa həbsxanaya könüllü gəlmək əmr verilib

 Trampa  həbsxanaya könüllü gəlmək əmr verilib
  16 Avqust 2023    Oxunub:868
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Corciyadakı seçkilərə müdaxilə ittihamı sürülən digər müttəhimlər avqustun 25-dək könüllü olaraq Fulton dairəsinin həbsxanasına gəlməlidirlər və burada onlar rəsmi şəkildə həbs olunacaqlar.
Bu barədə Fulton dairəsinin şerifi adından yayılan məlumatında deyilir. Belə ki, 19 müttəhimin hamısı həbsxanaya aparılacaq və orada rəsmi həbs prosedurundan keçəcəklər. Həbsxanada onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək və barmaq izləri götürüləcək. “CNN” bildirib ki, adətən tərəflər təqsirləndirilən şəxslərin hakimiyyət orqanlarına könüllü təslim olduqdan sonra azadlığa buraxılma şərtlərini əvvəlcədən razılaşdırırlar.

Fulton dairəsinin prokuroru Feni Villis deyib ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib, bundan sonra onlar mühakimə olunacaqlar. Hazırda bunun dəqiq nə vaxt baş verəcəyi məlum deyil, ilkin iclasın tarixini hakim təyin edir.

AzVision.az


Teqlər:





Xəbər lenti