Ukrayna ordusu daha bir kəndini azad edib
"Urojayne xilas edilib. Əsgərlərimiz mövqelərini möhkəmləndirirlər. Hücum hərəkətləri davam edir", deyə nazir müavini qeyd edib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada, Rusiya ordusunun son gün Urojayne kəndində itirdiyi mövqeləri geri almağa çalışdığı, lakin bunun uğursuz olduğu bildirilib.
Bəyanatda vurğulanıb ki, Rusiya qoşunları son 24 saat ərzində Ukrayna ərazisinə 42 raket və 56 hava zərbəsi endirib, Ukrayna qoşunlarının mövqeləri və yaşayış məntəqələrinə çoxlüləli raket sistemlərindən 36 atəş açıb, cəbhə xəttində 30-a yaxın toqquşma baş verib.
AzVision.az
Teqlər: