Ruslar bu il ən çox Azərbaycana gəlir
"2023-cü ilin yayında uzun səfərlər üçün ən populyar ölkələr Türkiyə, Azərbaycan, Tailand, İsrail və Vyetnamdır".
Xidmətin analitikləri otellərin bronlaşdırılması və aviabiletlərin axtarışı ilə bağlı məlumatları tədqiq edərək, rusların bu yay 21 gündən çox davam edən səfərlərə hara getdiklərini öyrəniblər. Məlum olub ki, bu yay ən uzun səfərlər - təxminən üç ay - Monteneqro, Ermənistan və Vyetnamda olub. Orta hesabla həm Rusiyada, həm də xaricdə belə səfərlər təxminən bir aya yaxın davam edir.
Hesabata görə, 2023-cü ilin yayında uzun səfərlərin 55%-i Rusiyada, qalanları isə xaricdə olub. Üstəlik, xaricə səyahətlərin payı pandemiyadan bəri ən yüksək həddə çatıb. Ən populyar xarici istiqamətlər İstanbul, Bakı, Antalya, Banqkok və Təl-Əviv, yerli Rusiya - Soçi, Mineralnıye Vodı, Sankt-Peterburq, Kalininqrad və Mahaçqala olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: