Mahaçqalada baş verən partlayışda 84 nəfər yaralanıb

   Mahaçqalada baş verən partlayışda 84 nəfər yaralanıb
  16 Avqust 2023    Oxunub:1171
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralananların sayı 84 nəfərdir.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a tibb dairələrindən məlumat verilib.

"Xəsarət alanlardan 66 nəfəri müxtəlif tibb müəssisələrinə yerləşdirilib, onlardan 16-sı uşaqdır. Partlayışda 35 nəfər ölüb", - mənbə bildirib.

Qeyd edək ki, Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun imzaladığı fərmanla 3 günlük matəm elan olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti