Sitayişi ABŞ-ni İran vətəndaşlarını girov saxlamaqda günahlandırdı

Sitayişi ABŞ-ni İran vətəndaşlarını girov saxlamaqda günahlandırdı
  16 Avqust 2023    Oxunub:930
İran məhkəmə hakimiyyətinin sözçüsü Tehran və Vaşinqton arasında əsirlərin mübadiləsinə dair son razılaşmaya cavab olaraq ABŞ-ni İran vətəndaşlarını “girov götürməkdə” ittiham edib.
AzVision.az bildirir ki, Məsud Satayşi keçirdiyi mətbuta konfrnasında ABŞ-da sanksiyaları pozmaqda ittihamlara görə həbs edilən iranlılarla bağlı belə bəyanat verib.

“Mən bu sözü istifadə etmək istəmirəm, amma edirəm: yəni girovluq vəziyyəti yaranıb və bu günahsız insanlar həbsxanada saxlanılıb. Bunları çıxarmaq bizim üçün vacibdir”, - Sitayişi deyib.

Məmur bu məhbusların, eləcə də İran tərəfindən siyasi və təhlükəsizlik ittihamları ilə saxlanılan Amerika vətəndaşlarının kimliyini açıqlamayıb. Məhkəmənin sözçüsü İranın Xarici İşlər nazirinin bəyanatına rəğmən, Tehranla Vaşinqton arasında məhbus mübadiləsi məsələsini dondurulmuş vəsaitlərin şərti olaraq azad edilməsi ilə əlaqələndirərək, bunu “İranın səlahiyyətli orqanları tərəfindən düşünülmüş bir hərəkət kimi qiymətləndirib.

Tehran-Vaşinqton anlaşmasının bir hissəsi kimi Murad Təhbaz, Emad Şərqi və Siamək Namazi, habelə şəxsi səbəblərdən kimliyi açıqlanmayan daha iki məhbusla birlikdə azadlığa buraxılmalıdır. Elan edilən hər üç şəxs ikili vətəndaşlığa malikdir, cənab Təhbazın isə İran-Amerika vətəndaşlığı ilə yanaşı Britaniya vətəndaşlığı da var.

Maraqlıədır ki, son anlaşma çərçivəsində bu beş nəfərlə dəyişdirilməsi nəzərdə tutulan “iranlı məhbusların” sayı barədə Amerikada hələlik heç bir təfərrüat açıqlanmayıb.

Vaşinqtonu “girov götürmək” siyasətində günahlandıran İranın özü də insan haqları fəalları tərəfindən xarici hökumətlərdən tələblərini irəli sürmək üçün xarici vətəndaşları və ikili vətəndaşları “girov götürməkdə” ittiham edilir.
AzVision.az


Teqlər: Sitayişi   ABŞ  





Xəbər lenti