Erməni hərbçi döyüş postunu ataraq qaçıb

   Erməni hərbçi döyüş postunu ataraq qaçıb
  16 Avqust 2023    Oxunub:1247
Ermənistan ordusunda növbəti fərarilik faktı aşkralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb. Qeyd edilir ki, “Avqustun 16-da ehtiyatda olan hərbçi G. döyüş mövqeyini könüllü şəkildə ataraq tərk edib".

Məlumatda o da vurğulanır ki, təlim-məşq toplanışında iştirak edən həmin şəxsin tapılması istiqamətində axtarış işləri aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti