Sinanyan: "İrəvan İranla dostluq əlaqələrinə önəm verir"

 Sinanyan:  "İrəvan İranla dostluq əlaqələrinə önəm verir"
  16 Avqust 2023    Oxunub:1084
Ermənistanın Diasporla iş üzrə baş komissarı Zareh Sinanyan İranın yeni səfiri Mehdi Sobhanini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə baş komissarlıq məlumat yayıb.

Qeyd edilir ki, Sinanyan səfirə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi proqramları təqdim edib.

"Ermənistan-İran tarixi və mədəni əlaqələri, bir çox sahələrdə əməkdaşlıq nümunələri möhkəm əlaqələrə dəlalət edir. Ermənistan İranla dostluğa önəm verir və ikitərəfli əlaqələri yüksək qiymətləndirir", - Sinanyan bildirib.

Tərəflər "minillik" Ermənistan - İran əlaqələrinin əhəmiyyətini, ikitərəfli münasibətlərdə erməni diasporunun rolunu vurğulayıb, yeni sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti