Fransa senatının keçmiş rəhbərinin qızı təyyarə qəzasında öldü

 Fransa senatının keçmiş rəhbərinin qızı təyyarə qəzasında öldü
  16 Avqust 2023    Oxunub:1083
Tanınmış fransız jurnalist Jerar Lekler və Fransa Senatının keçmiş prezidenti Rene Monori Mişelin qızı Nant şəhəri yaxınlığında təyyarə qəzasında həlak olublar.
AzVision.az xəbər verir ki, bu barədə Sud Ouest nəşri məlumat yayıb.

Qeyd olunur ki, Leklerin idarə etdiyi "Robin DR400" təyyarəsi çərşənbə axşamı səhər saatlarında Fransanın qərbindəki yeni Akvitaniya bölgəsindən Atlantik okeanı sahilindəki La-Baule-Eskoublak kommunası istiqamətində havaya qalxıb.

Rusiyada hidrotəyyarə belə qəzaya uğradı - VİDEO
Sen-Nazer şəhər prokurorluğunun məlumatına görə, təyyarə radarlardan itsə də, ekipaj isə uçuş zamanı rastlaşdıqları hansısa çətinliklə bağlı məlumat verməyib.

Təyyarənin yoxa çıxmasından bir neçə saat sonra səlahiyyətli şəxslər helikopter və jandarmaların iştirakı ilə SATER quru və havadan axtarış-xilasetmə əməliyyatına başlayıb.

"Axtarış aparan qrup gəminin qalıqlarını aşkarlaya bilib. Qruplara yaxın mənbənin sözlərinə görə, iki sərnişinin cəsədi ilə yanaşı təyyarənin göyərtəsində üçüncü adamın olmasını göstərən fraqmentlər də tapılıb", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Fransa  





Xəbər lenti