Rusiya Müdafiə Nazirliyi: “ABŞ yeni pandemiya hazırlayır”

      Rusiya Müdafiə Nazirliyi:    “ABŞ yeni pandemiya hazırlayır”
  16 Avqust 2023    Oxunub:1064
“Amerika Birləşmiş Ştatları hücum məqsədi üçün sözdə müdafiə biotexnologiyalarından istifadə edə və virusları mutasiya edərək yeni pandemiya hazırlaya bilər”.
Bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov brifinqdə deyib. O, iyul ayında ABŞ-da Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsinin yaradılmasını xatırladıb. Bu bölmə bioloji problemlərin həlli üçün metodların seçilməsinə cavabdeh olacaq.

Onun sözlərinə görə, bu yolla ABŞ səlahiyyətliləri virus mutasiyasının səbəb ola biləcəyi şəkildə yeni pandemiya hazırlamağa başlayıb.

Yeni struktura prezidentin köməkçisi və Milli Təhlükəsizlik Şurasının Qlobal Sağlamlıq Təhlükəsizliyi və Biotəhlükəsizliyi üzrə baş direktoru, Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Pol Fridrixs rəhbərlik edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti