Əlcəzair də "Barbie"ni qadağan etdi

Əlcəzair də "Barbie"ni qadağan etdi
  16 Avqust 2023    Oxunub:1120
Əlcəzair səlahiyyətliləri "Barbie" filminin nümayişini cəmiyyətin mənəvi dəyərlərinə uyğun gəlmədiyini əsas gətirərək qadağan edib.
Əlcəzairin Mədəniyyət Nazirliyi ötən həftə ölkədə nümayiş olunan qalmaqallı "Barbie" filminin nümayişinə icazəni geri götürüb.

Bildirilib ki, film "Əlcəzair cəmiyyətinin mənəvi dəyərlərinə zidd olduğu və homoseksuallığı təbliğ etdiyi" üçün qadağan edilib.

Əvvəllər Livan və Küveyt ABŞ istehsalı olan filmin dini və əxlaqi dəyərlərə uyğun olmadığını, uşaq və gənclərə mənfi təsir göstərə biləcəyini əsas gətirərək qadağan etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti